19 Sentyabr 2024
Dünya futbolu

“Qalatasaray”da ciddi itki

“Qalatasaray” Mauro İkardini bir müddətlik itirib.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar”ın rəsmi açıqlamasında bildirilir ki, argentinalı forvard “Fənərbağça” ilə görüşdə üzünü aldığı zərbəyə görə meydanlardan uzaq qalmalı olacaq.

İkardi bu mövsüm çıxdığı 27 oyunda 17 qol vurmağı bacarıb.

“Qalatasaray” digər hücumçusu Sedrik Bakambunun da xidmətindən istifadə edə bilmir. O, hazırda Afrika Millətlər Kubokunda iştirak etmək üçün millisinin düşərgəsindədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43