“Kəpəz” mövsümün qalan hissəsində ev oyunlarını Qəbələdə keçirə bilər.
İdmanxeber.az-a verilən məlumata görə, hazırda klub rəhbərliyi bu yöndə müzakirələr aparır. Qəbələdə stadion təbii ot örtüyü olduğu üçün Gəncə klubu oyunlarını orda keçirtmək istəyir. Baş məşqçi Adil Şükürov rəhbərliyin bu təklifinə müsbət yanaşır.
Mövsümə Gəncədə başlayan “Kəpəz” daha sonra stadionda yenilənmə işləri başladığı üçün ev oyunlarını Tovuzda keçirirdi.