20 Sentyabr 2024
Ölkə futbolu

“Aleksey İsayevin gedişi “Sabah”ı zəiflətsə də, “Qarabağ”ı gücləndirəcək”

“Qarabağ”ın sabiq futbolçusu Rahid Əmirquliyev Aleksey İsayevin komandaya keçidini şərh edib.

İdmanxeber.az-a danışan millinin sabiq üzvü İsayevin uğurlu transfer olduğunu vurğulayıb:

“Aleksey İsayev çempionatda öz mövqeyində ən yaxşılardan biridir. Ötən mövsüm də, ində də çox əla performans sərgiləyir. “Qarabağ”a güc qatacaq. İsayev elə futbolçudur ki, bütün komandalara xeyir verə bilər. Ona uğurlar arzulayıram.

Bu transferin hər iki tərəf üçün xeyirli olacağını düşünürəm. Üstəlik yerli oyunçudur və bu amil özü də əlavə üstünlükdür. Onun gedişi “Sabah”ı zəiflətsə də, “Qarabağ”ı gücləndirəcək”.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43