19 Sentyabr 2024
Dünya futbolu

Xavi Haland və Mbappe barədə sualdan yayındı

“Barselona”nın baş məşqçisi Xavi hücumçu Kilian Mbappe ilə Erlinq Halandı müqayisə etməkdən imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis “Haland, yoxsa Mbappe” sualına belə cavab verib:

“Haland və Mbappe? İqtisadi vəziyyətimiz onlar haqqında düşünməyə imkan vermir. Mən ixtiyarımda olan oyunçularla heyət formalaşdırmalıyam”.

“Barsa” 41 xalla La Liqa cədvəlində 3-cü yerdədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43