19 Sentyabr 2024
Ölkə futbolu

Sabiq “Qəbələ”li “Zirə”də

“Zirə” Rafael Utziqi heyətinə qatıb. 

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, braziliyalı futbolçu karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub.

Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziqin son klubu Cənubi Koreyanın “Sunqnam Asan” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43