21 Sentyabr 2024
Dünya futbolu

Azərbaycandan təklif: “Qalatasaray”  – Fənər” oyunu Bakıda keçirilə bilər

“Qalatasaray”la “Fənərbağça” arasında keçiriləcək Türkiyə Superkubok oyunu Azərbaycanda baş tuta bilər.

İdmanxeber.az “Fotospor” nəşrinə istinadən xəbər verir ki, AFFA bununla bağlı TFF-yə məktub göndərib. Federasiya və “Qalatasaray”la “Fənər”in təklifə yaxın günlərdə cavab verəcəyi bildirilir.

Dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli olan Türkiyə Superkuboku son anda tərəflərin razılığa gələ bilməməsi səbəbindən təxirə gedib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43