“Mançester Yunayted” və “Aston Villa” Conatan Davidlə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, kanadalı forvard 2020-ci ildən bəri Lilldə çıxış edir. Onun Fransa klubuyla müqaviləsi 2025-ci ilin yayında bitir.
David bu mövsüm 24 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə 23 yaşlı oyunçunun dəyəri 50 milyon avrodur.