20 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” ilk transferini açıqladı

2023/24 mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib.

İdmanxeber.az-ın məlumata görə, Premyer Liqa təmsilçisi Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb.

29 yaşlı vingerlə ilə 2,5 illik müqavilə imzalanıb.

Afrikalı oyunçu 2019/2020 mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, 22 oyunda 3 qol vurub. Bauk Premyer Liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43