Andre Onana Afrika Millətlər Kubokunun ilk oyununda Kameruna kömək edə bilməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı qolkiper “Mançester Yunayted”də qalmağı üstün tutub. O, yanvarın 14-dəki “Tottenhem”lə oyundan sonra milliyə qoşulacaq.
Bu mövsüm 29 oyuna çıxan Onana bu oyunların doqquzunda qapısını toxunulmaz saxlaya bilib.