NBA-də ötən həftənin ən yaxşıları bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Qərb konfransında həftənin oyunçusu “Hyuston Rokets”də çıxış edən Alperen Şengün seçilib. Türkiyəli basketbolçu 4 oyunda 24 xal, 7.5 ribaund, 4.5 assist ortalamasıyla oynayıb.
Şərq konfrasında isə Ceylen Branson həftənin oyunçusu adına layiq görülüb. O, ötən həftə 27.3 xal, 3.3 ribaund, 9.3 assist ortalamasıyla çıxış edib.