“Kəpəz” Fərid Yusifli üçün “Neftçi”dən xəbər gözləyir.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi gənc futbolçunu heyətinə qatmaq niyyətindədir. “Sarı-göylər” Yusiflini mövsüm sonuna qədər icarəyə götürmək istəyir.
Ancaq “Neftçi” hələlik bu barədə qarşı tərəfə konkret cavab bildirməyib. “Ağ-qaralar” Antalya toplanışının ardından Yusifli barədə qərarını verəcək.