Cerard Pike məşqçi olmaq istədiyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, sabiq “Barselona”lı bunları deyib:
“Yeni il başlayıb və bir müddət düşündükdən sonra futbola yenidən qayıtmağa qərar verdim. Futbol üçün çox darıxıram. Bu dəfə oyunçu kimi deyil, məşqçi kimi. Daha ətraflı həftəsonunda açıqlayacağam”
Pike 2022-ci ilin noyabrında peşəkar futbol karyerasını bitirib.