PSJ-də çıxış edən Milan Şkrinyar əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, slovakiyalı müdafiəçi bir neçə ay meydanlardan uzaq qalacaq.
Şkrinyar ötən ilin yayında azad agent kimi PSJ-yə qoşulub. O, bu mövsüm 23 oyuna çıxıb və 1 qol vurub.