20 Sentyabr 2024
İdman

“Mayami Hit”dən rekord müqavilə

“Mayami Hit” məşqçi Erik Spoelstranın müqaviləsini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, Florida təmsilçisi 53 yaşlı mütəxəssislə 8 illik ümumi 120 milyon dollarlıq sözləşmə imzalayıb. Bu müqavilə NBA tarixində bir məşqçiyə verilən ən yüksək məbləğ olub.

Spoelstra 2008-ci ildən “Mayami Hit”də çalışır. O, Şərq konfrasında mübarizə aparan komandaya 2 NBA çempionluğu (2012, 2013) qazandırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43