29 Sentyabr 2024
İdman

“Sərhədçi” basketbol klubu növbəti transferini açıqladı

“Sərhədçi” klubu heyətini daha bir basketbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, Evren Alkayanın komandası ABŞ-dan olan Leon Gilmoru transfer edib. Oyunçu artıq klubun düşərgəsindədir.

Qeyd edək ki, Bakı təmsilçisi daha əvvəl Troy Dilan Kraknell və Kaleb Melikan Hanteri heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43