“Sertan Taşkın Azərbaycan Premyer Liqasının diqqət çəkən futbolçularından biridir. O, Azərbaycan millisinin formasını geyinib”
İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin “Manisa” klubunun rəsmisi Erdem Özkan Taşkının transferi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Sertan burada özünü inkişaf etdirərək, daha yaxşı yerlərə yüksələcək. Onun istedadına güvənirik. Keçidin həm futbolçuya, həm də klubumuza xeyirli olmasını arzulayıram”.
“Turan Tovuz”dan “Manisa”ya keçən Sertan Taşkın yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.