Premyer Liqada dekabr ayının ən yaxşı oyunçusu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu ada “Bornmut”dan Dominik Solanke layiq görülüb. 26 yaşlı forvard dekabrda 7 oyuna çıxıb və 6 qol vurub.
Solanke 2019-cu ilin yanvarından “Bornmut”da çıxış edir. O, bu mövsüm 22 oyunda 13 qol vurub.