“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə klubu ilə yeni müqavilə imzalayacaq.
İdmanxeber.az-ın məlumatına görə, misirli futbolçu rəhbərliyin təklif etdiyi şərtlərlə razılaşıb.
Salah 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. O, bu mövsüm İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.
Transfermarkt” internet portalında 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyondur.