“Roma” Joze Mourinyo ilə müqavilənin uzadılması barədə danışıqlara başlamayıb.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik portuqaliyalı ilə yeni sözləşmə üçün qarşıdakı oyunların nəticəsini gözləyir. İtaliya mətbuatı daha əvvəl Jozenin klubdan ayrılmağı düşündüyünü bildirmişdi. 60 yaşlı mütəxəssisin romalılarla müqaviləsi 2024-cü ilin yayında başa çatır.
“Roma” İtaliya A Seriyasında 19 turdan sonra 29 xalla səkkizinci pillədə qərarlaşıb.