20 Sentyabr 2024
Dünya futbolu

Ramil Şeydayev niyə hələ də Türkiyə klubu ilə müqavilə imzalamayıb?

Millimizin futbolçusu Ramil Şeydayevin Türkiyənin “Kocaelispor” klubuna keçidi yubanır 

İdmanxeber.az “ozgurkocaeli” saytına istinadən xəbər verir ki, əslində Ramil bugün Kocaeli təmsilçisinə qoşulmalı idi. Lakin futbolçu şəxsi işlərini yoluna qoya bilmədiyindən Türkiyəyə yollanmayıb.

Sayt yazır ki, Şeydayev yaxın 1-2 gündə komandaya qoşulacaq və klubda ilk məşqinə çıxacaq.

Qeyd edək ki, 27 yaşlı futbolçunun son iş yeri Taylandın “Buriram” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43