19 Sentyabr 2024
Dünya futbolu

Sabiq “Roma”lı Mourinyonu əvəzləməyə əsas namizəddir

“Roma” Joze Mourinyonun əvəzedicisini bəlirləyib.

İdmanxeber.az insayder Fabritsio Romanoya əsasən xəbər verir ki, portuqaliyalı mütəxəssisi əvəzləməyə əsas namizəd Daniele De Rossidir.

De Rossi futbolçu kimi 2001-2019-cu illər arasında “Roma”da çıxış edib. Onun məşqçi kimi ilk işi SPAL-da olub. O, burada cəmi 4 ay çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43