20 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubu II Liqadan futbolçu aldı

Azərbaycan I Liqa təmsilçisi “Karvan” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Yevlax təmsilçisi müdafiə xəttini Xəyal Əmirli ilə gücləndirib. 25 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanıb.

Xatırladaq ki, Əmirli mövsümün ilk yarısını II Liqa klubu “Ağdaş”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43