20 Sentyabr 2024
İdman

Avroliqada 22-ci tur başlayır

Avroliqada 22-ci tur bu gün start götürür.

İdmanxeber.az-ın məlumatına görə, “Anadolu Efes” “Barselona”nı qəbul edəcək. Məğlubiyyət seriyasını ötən həftə qıran İstanbul təmsilçisi evində Katalon klubunu məğlub edərək play-off zonasına yaxınlaşmağa çalışacaq. “Anadolu Efes” 8 qələbəylə 15-ci yerdədir, “Barselona” isə 15 qələbəylə 2-ci pilləni tutur.

Günün digər qarşılaşmaları belədir:

22:00 Srvena Zvezda – Baskoniya

23:00 Alba Berlin – Bavariya

23:15 Olimpiakos – Makkabi Təl-Əviv

23:30 Virtus Bolonya – Asvel

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43