Türkiyə I Liqa klubu “Kocaelispor” yeni transferi Ramil Şeydayevi Rusiya vətəndaşı kimi sifariş edib.
İdmanxeber.az-ın məlumatına görə, millisinin üzvü ilə bağlı müraciət qəbul olunub.
Artıq 28 yaşlı hücumçunun rəsmi matçlarda iştirak etməsində heç bir maneə yoxdur.
“Kocaelispor” yanvarın 20-də Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”la qarşılaşacaq.