“Səbail” 2024-cü ildə ilk transferini reallaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, “dənizçilər” son olaraq Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış etmiş Madi Quetanı heyətinə qatıb. “Portu”nun yetirməsi olan, karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının formasını geyinmiş 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.
Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin Qvineya-Bissau yığmasının üzvüdür.