20 Sentyabr 2024
Ölkə futbolu

Dünya reytinqi: “Qarabağ” irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ötən ay 84-cü yerdə qərarlaşan “Qarabağ” 73-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 145,5 xal var.

“Neftçi” və “Sabah”da isə geriləmə müşahidə edilib. “Neftçi” (53,75 xal) 378-ci yerdən 469-cu pilləyə enib. “Sabah” isə (55,5 xal) 391-ciliyi 436-cı pilləyə dəyişib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43