“Real”ın yarımmüdafiəçisi Luka Modriç klubu ilə müqaviləsini yeniləməyəcək
İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı xorvatiyalı Madrid klubunu 2024-cü ilin yayında – sözləşməsi başa çatdıqdan sonra tərk edəcək.
“Real” Modriçə müqavilə təklif etməyəcəyi bildirilir. Daha əvvəl yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istədiyi barədə məlumatlar yayılıb.
Modriç 2012-ci ildən “Real”da çıxış edir. Bu mövsüm futbolçu 24 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.