20 Sentyabr 2024
Dünya futbolu

Sabiq “Bavariya”lı 1 avro maaş alacaq

İngiltərənin “Tottenhem” klubundan icarə əsasında “Hayduk”a keçən İvan Perişiç aylıq 1 avro maaş alacaq.

İdmanxeber.az KİV-lərə istinadən xəbər verir ki, 34 yaşlı xorvatiyalı yarımmüdafiəçi yetirməsi olduğu Split təmsilçisi ilə mövsümün sonunadək simvolik müqavilə bağlayıb.

Zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan futbolçu aprel ayından sonra yeni klubunda debüt edəcəyini deyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43