20 Sentyabr 2024
Dünya futbolu

“Real” Mbappe ilə razılığa gəldi

“Real” PSJ-nin hücumçusu Kilian Mbappenin nümayəndələri ilə prinsipial razılığa gətirib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu fransalı futbolçuya yarımmüdafiəçi Luka Modriçə məxsus 10 nömrəli formanı təklif edib. Mbappe Paris klubundan ayrılacağı təqdirdə, PSJ-nin “Bavariya”nın vingeri Leroy Saneni transfer edə biləcəyi vurğulanıb.

25 yaşlı forvard 2017-ci ildən PSJ-də çıxış edir. Futbolçunun hazırkı müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. Bu mövsüm Mbappe bütün turnirlərdə 26 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43