19 Sentyabr 2024
Ölkə futbolu

Şahruddin “Beşiktaş”a qarşı

Türkiyə Süperliqasında 22-ci tura bu gün start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” səfərdə “Beşiktaş”la qarşılaşacaq. Adana təmsilçisi son dörd görüşdə qalib gələ bilməyib. Görüş Bakı vaxtıyla saat 21:00-da başlayacaq.

Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” isə “Alanyaspor”u qəbul edəcək. Oyun Bakı vaxtıyla 18:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43