”Torino” Rafa Miri transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı forvard “Sevilya”dakı rolundan razı deyil və klubdan ayrılmağı düşünür. “Torino” ona əsas heyətdə başlamaq vəd edir. Tərəflər arasında danışıqlar davam edir.
Rafa Mir bu mövsüm bütün turnirlərdə 20 oyunda 3 qol vurub.