20 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”da ayrılıq – RƏSMİ

”Turan Tovuz” Martin Petkovla yolların ayrıldığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, bölgə klubu açıqlamasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildiyini bildirib.

21 yaşlı Petkov ötən ilin yayında Tovuz klubuna qoşulub. O, Premyer Liqada çıxdığı 14 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43