”Avstraliya Open”də sonuncu 1/4 final görüşü keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Aleksandr Zverev dünya iki nömrəsi Karlos Alkarasla qarşılaşıb. İlk 2 seti asanlıqla aktivinə yazdıran almaniyalı tennisçi 3-cü seti tay-breykdə uduzub.
4-cü setdə yenidən öz oyununu tapan Zverev Alkarası mübarizədən kənarlaşdırıb – 3:1 (6-1, 6-3, 6-7 (2), 6-4)
Zverev yarımfinalda rusiyalı Daniil Medvedevlə üz-üzə gələcək.