20 Sentyabr 2024
Ölkə futbolu

“Ramil Şeydayev daha iddialı komandaya getsə, yaxşı olardı”

“Ramil Şeydayevin Tailanda maliyyə şərtlərinə görə getməsi sirr deyil. Uğurlu olduğunu deyə bilmərik. Həm də oradakı karyerası çox qısa çəkdi”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Nadir Nəbiyev yığmamızın üzvü Ramil Şeydayevin Türkiyə I Liqa təmsilçisi “Kocaelispor”a transferi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Son zamanlar futbolçularımızın Türkiyə komandalarına üz tutması yaxşı haldı. Amma Ramilin daha iddialı komandaya transfer olacağını gözləyirdim. O, “Qarabağ”dan gedəndə yaxşı formada idi. Türkiyə Super Liqasının hər hansı bir komandasında oynaya bilərdi. Özü üçün də, milli üçün də legioner həyatı yaşamağı müsbət haldır. Amma daha iddialı komandaya getsə, yaxşı olardı”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43