20 Sentyabr 2024
Dünya futbolu

Mbappenin “Real”dan istədiyi maaş bəlli oldu

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”dan tələb etdiyi maaş açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu mövsümə 70 milyon avro qazanmaq istəyir. Hazırda Mbappe ilə Madrid klubu arasında futbolçunun maaşı ilə bağlı danışıqlar gedir.

Həmçinin qeyd edilir ki, “kral klubu” Mbappe üçün illik 35 milyon avro maaş düşünür. 

Daha əvvəl hücumçunun Paris klubundan ayrılaraq “Real”la müqavilə imzalamağa qərar verdiyi məlum olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43