20 Sentyabr 2024
Dünya futbolu

Saneni vuran məşqçi 3 oyunluq cəzalandı

”Bavariya” – “Yunion Berlin” (1:0) görüşündə qonaqların baş məşqçisi Nenad Byelitsa ilə Leroy Sane arasında insident yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis “Bavariya”nın vingerini vurub. Buna görə də Byelitsa Almaniya Futbol Federasiyası tərəfindən 3 oyunluq cəza alıb. O, həmçinin 25 min avro da ödəməli olacaq.

52 yaşlı baş məşqçi ötən ilin noyabrından Berlinə klubuna başçılıq edir. Mövsümə “Trabzonspor”un məşqçisi kimi başlayan Nenad uğursuz nəticələrə görə Qaradəniz klubundan qovulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43