20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”dan qələbə, “Zirə” məğlub oldu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XX turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında “Qarabağ” “Kəpəz”lə üz-üzə gəlib. Görüş 1:2 hesabıyla “köhlən atlar”ın qələbəsi ilə sona çatıb. Ağdam təmsilçisi 48 xalla liderdir. Gəncə klubu isə 17 xalla 9-cu sıradadır.

Günün ikinci görüşündə “Zirə” “Sabah”ı qəbul edib. Görüş 1:0 hesabı ilə qonaqların xeyirinə bitib. Meydan sahibləri 30 xalla ikinci, qonaqlar isə 26 xalla 7-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XX tur

15:00. “Kəpəz” – “Qarabağ” 1:2

Qol: Olavale Onanuqa, 72, Juninyo, Toral Bayramov 90+4

Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

17:30. “Zirə” – “Sabah” 0:1

Qol: Çakla 90+9

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43