19 Sentyabr 2024
Ölkə futbolu

Murad Musayev: “Zirə” ilə bütün oyunlarımız belə alınır”

“Çətin oyun oldu. Çox mübarizəli matç keçdi. “Zirə” ilə bütün oyunlarımız belə alınır. İkinci yarıda 10 nəfərlə oynasaq da, intizamlı çıxış etdik. Şadam ki, bu cür vacib qol vurduq. Bizim üçün çox vacib qələbə oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 20-ci turunun “Zirə” ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

İlk yarı çox səhvlər var idi. Daim mübarizə şəklində oyun keçirdi. Yalnız bir qol epizodumuz var idi. Topa yaxşı nəzarət edə bilmirdik. İkinci yarıda intizamlı oynamaqdan başqa çıxış yolumuz yox idi. Ümidimizi sürətli əks-hücumlara bağlamışdıq. Nəticəyə baxmayaraq, uşaqlara təşəkkür edirəm ki, sona qədər oynadıq. Qola da layiq idik”.

Murad Musayev “Zirə”nin son dəqiqələrdə qazanılan penaltidən narazı qalmasını belə şərh edib:

“Mən də çox şeydən narazıyam. Elvin Camalovun, Emanuel Apehin qovulmasından. Oyunun gedişində belə qırmızılar ola bilər. İmkan versinlər 11-11-ə oynayaq. Hər oyundan sonra məşqçilərin hakimlərdən narazı qalması yaxşı deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43