20 Sentyabr 2024
Ölkə futbolu

“Zirə” rəsmisi: “Yalnız rəqiblərlə mübarizə aparmırıq”

“Zirə”nin baş meneceri Elman Himayətoğlu sosial şəbəkə hesabından paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi komandanın şəklini paylaşaraq, son dönəmlərdə “qartallar”ın əleyhinə olan hakim qərarlarına işarə vurub:

“Onların etdikləri bizi daha da gücləndirəcək. Aydındır ki, yalnız rəqiblərlə mübarizə aparmırıq. Bu, bizim əzmimizi qırmayacaq. Sizinlə fəxr edirəm!”.

Xatırladaq ki, “Zirə” dünən son dəqiqələrdə qapısına təyin edilən penalti ilə “Sabah”a 0:1 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43