Dünən keçirilən “Araz Naxçıvan” – “Sumqayıt” (1:1) oyununda “kimyaçılar”ın futbolçusu Kamran Əliyevin Nicat Süleymanova müdaxiləsi müzakirələrə səbəb olub. Əliyevin sərt müdaxiləsindən sonra VAR görüşün baş hakimi Əliyar Ağayevi mümkün qırmızı vərəqə üçün epizodu yenidən izləməyə monitora dəvət etsə də, referi oyunçuya “sarı” göstərdi.
Mübahisəyə səbəb olan epizodda zərərçəkən Nicat Süleymanovun fikrini öyrəndik. O, İdmanxeber.az saytına bunları dedi:
”Əliyar Ağayev Premyer Liqanın ən tanınmış, seçilən hakimlərindən biridir. Onun hakimliyi bağlı deyəcək bir şeyim yoxdur, illərin hakimidi. Amma rəqib oyunçunun zərbəsinin izi hələ ayağımda qalıb. Düşünürəm ki, qırmızı vərəqə daha ədalətli olardı.
Həmin epizodda ayağımı vaxtında qaldırmasaydım, bu ciddi bir zədəyə səbəb ola bilərdi”.
Elnur İsmayılov