20 Sentyabr 2024
Dünya futbolu

“Trabzonspor”un oyunçusu İngiltərəyə gedir

Abdülkadir Ömür “Hall Siti”yə transfer olacaq.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı oyunçu Çempionşip klubuyla müqavilə imzalamaq üçün bu gün İngiltərəyə yollanacaq.

”Trabzonspor”un yetirməsi olan Abdülkadir bu mövsüm 17 oyuna çıxıb və 6 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Hall Siti”nin sahibi türkiyəli Acun Ilıcalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43