20 Sentyabr 2024
Ölkə futbolu

“Sabah” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

Azərbaycan Kubokunun 1/4 final mərəhləsində “Sabah” “Qarabağ”la üz-üzə gələcək.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi bu görüşə itkilərlə çıxacaq. Belə ki, Con İrasabal və Kristian Sebalyos zədə səbəbindən “Qarabağ”a qarşı oynaya bilməyəcək.

Adıçəkilən oyunçularla yanaşı, Ayaz Quliyevin də zədəsi var. Ancaq futbolçunun axşamkı görüşdə oynayıb-oynamayacağı bəlli deyil.

“Sabah” – “Qarabağ” matçı bu axşam saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43