”Atletiko” (Madrid) Qabriel Paulistanş heyətinə qatır.
İdmanxeber.az Relevo portalına əsasən xəbər verir ki, braziliyalı müdafiəçi bu gün Madriddə olacaq. Oyunçuyla “Beşiktaş”da maraqlansa da, təcrübəli futbolçunun seçimi “Atletiko” olub.
Qabriel 2017-ci ildən bəri “Valensiya”da çıxış edir. O, bu mövsüm 19 oyuna çıxıb.