“Gəncə” voleybol klubu barbadoslu oyunçu Tatyana Şonte Sil ilə güclənib.
İdmanxeber.az məlumat verir ki, voleybolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
O, ötən mövsümü ABŞ-ın “Norfolk State University” klubunda keçirib.
Bölgə təmsilçisi bir müddət əvvəl ABŞ voleybolçusu Vanessa Elena Qarsianı da heyətinə qatmışdı.