“Mançester Siti”nin forvardı Erlinq Haaland sabah keçiriləcək “Börnli” oyunuyla meydanlara geri dönür.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə xəbəri “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola verib. İspaniyalı mütəxəssis norveçli forvardın sabahkı oyunda heyətdə olacağını açıqlayıb.
Dekabrın 6-dan bəri meydanlardan uzaq olan Haaland bu mövsüm 22 oyunda 19 qol vurub.