Asiya kubokunun 1/8 final mərhələsinin oyunları keçirilir.
İdmanxeber.az məlumat verir ki, bu gün daha 2 oyun baş tutub.
Özbəkistan yığması Tailandı 2-1 hesabıyla məğlub edərək 1/4 finala çıxıb.
Səudiyyə Ərəbistanı və Cənubi Koreya yığmalarının oyunu daha gərgin keçib. Əsas vaxtı heç-heçə yekunlaşan matçda qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən koreyalılar 1/4 finala vəsiqə qazanıblar.