20 Sentyabr 2024
Dünya futbolu

“Trabzonspor” ispaniyalı forvardla razılığa gəlib

”Trabzonspor” heyətini ispaniyalı forvardla gücləndirmək istəyir.

İdmanxeber.az-ın məlunatına görə, Qaradəniz təmsilçisi Rafa Mirlə şəxsi məsələlərdə razılığa gəlib. “Trabzonspor” indi “Sevilya” ilə anlaşmağa çalışır.

26 yaşlı forvardla “Torino” və “Volfsburq”da maraqlanır. Mir bu mövsüm “Sevilya”nın heyətində 22 oyuna çıxıb və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43