20 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz”də gözlənilən müqavilə imzalanır: “Maaş problem deyil”

Bir müddətdir “Kəpəz”də baxışda olan Ədilxan Qaraəhmədov barədə qərar verilib.

İdmanxeber.az-a verilən məlumata görə, baş məşqçi Adil Şükürov oyunçu barəsində müsbət rəy verib. Klub sabah Qaraəhmədovla müqavilə bağlayacaq.

O, mövsümün sonuna qədər “sarı-göylər”də çıxış edəcək. 23 yaşlı futbolçu Gəncə təmsilçisində o qədər yüksək maaşa razılaşmayıb.

Qaraəhmədov “Kəpəz”də 700 manat əmək haqqı alacaq. Yenidən yaşıl meydanlara qayıtmaq niyyətində olan oyunçu rəhbərliyə “oynamaq istəyirəm, maaş problem deyil” – deyə, bildirib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43