20 Sentyabr 2024
Dünya futbolu

“Qalatasaray” Dübuanı geri qaytarmaq istəyir

”Qalatasaray” Saşa Boyun yerini doldurmağa çalışır.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar” mövsümün əvvəlində “Başakşəhər”ə icarəyə verdiyi Leo Dübuanı geri qaytarmaq istəyir. “Bayquşlar” fransalı oyunçunu “Qalatasaray”a qaytarmaq üçün 500 min avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Dübua bu mövsüm “Başakşəhər”də 21 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43