”Bornmut” transferin son günü heyətini Enes Ünalla gücləndirmək istəyir.
İdmanxeber.az insayder Fabritsio Romanoya əsasən xəbər verir ki, İngiltərə klubu “Xetafe”də çıxış edən türkiyəli forvardı mövsümün sonuna qədər satınalma haqqıyla birlikdə icarəyə götürmək istəyir.
Zədəyə görə meydanlardan uzun müddət uzaq qalan Enes bu mövsüm cəmi 5 oyuna çıxıb.